Üzdə, burunda damar "ulduzcuqları" şəkərdən xəbər verə bilər

  • 2022.04.14 14:30
  • 3095 Baxış
Üzdə, burunda damar "ulduzcuqları" şəkərdən  xəbər verə bilər

Hematoloq terapevt bir çox insanların burnunda, üzündə aydın görünən qırmızımtıl kapilyar torları və ulduzcuqlarını diabetin simptomu ola biləcəyini qeyd edib.

Bakupost.az xəbər verir ki, həkim hematoloq Oleq Kuzneçov teleanqiektaziya adlanan damar ulduzcuqlarının üzə çıxması təkcə estetik problem yox, varikoz, diabet, onkoloji patologiya, sirroz, rozasea, kuperozun əlaməti ola bilər.

Üzündə belə torlar əmələ gələnlər mütləq həkim hematoloqda müayinə olummalıdır.

Əgər qırmızı torlar purpur, al qırmızı rəngdədirsə bu kapilyar və arteriyalar, göyümtül rəngdədirsə venullardır.

Bu damarlar hamilələrdə, klimaks ərəfəsi qadınlarda, siqaretdən, dərinin qocalmasından, günəş şüalarından da əmələ gələ bilər.


Aygün Musayeva
BakuPost