Üzdə erkən qırışları yaradan - 7 amil

  • 2023.05.18 16:32
  • 1773 Baxış
Üzdə erkən qırışları yaradan   -  7 amil
Üzünüzdə qırışların çox erkən yarandığını düşünürsünüzsə, bu 7 risk faktorunu nəzərdən keçirin.


“Medicina” xəbər verir ki, Amerikalı dermatoloqlar qırışları vaxtından tez yaradan tətikləyici amilləri açıqlayıblar

1.Həddindən artıq şəkər qəbulu – Rasionda həddindən artıq çox şəkər qırışların əsas səbəblərindən biridir, çünki qan şəkəri zülallara bağlanaraq artan qlikozilləşmənin zərərli son məhsulunu təşkil edir. Bu da dəridəki kollagenlərə və elastinlərə hücum edir, nəticədədəri gücdən düşür.


2. Yağ çatışmazlığı - Orqanizmdəki artıq piylər zərərlidir və biz onu hər üsulla atmağa çalışırıq. Ancaq sağlam yağlar,xüsusən A,E vitamini, kərə yağı dəri üçün vacibdir.

3. Pəhriz – Çəkinin artıb azalması dərinin boşalmasına səbəb olur.

4. Siqaret çəkmək - Yalnız ağciyərlərə və ürəyə deyil, həm də dəriyə zərər verir, yaşlanma prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.

5. Yuxunun olmaması - Dəri daxil olmaqla, bütün bədən sistemlərinin bərpası üçün kifayət qədər yuxu vacibdir. Yuxunun olmaması dərinin uzun müddətli zədələnməsinə səbəb olur ki, bu da vaxtından əvvəl qocalmağa səbəb olur.

6. Yuxuda yatış forması - İnsan daim yan üstə, üzü yastığa yatdıqda, dəri üzərində təzyiqin artmasına səbəb olur.

7. Həddindən artıq fiziki fəaliyyət - İdman sağlamlıq üçün çox faydalıdır, həqiqətən də cavanlaşdırır, lakin həddindən artıq fiziki aktivlik nəticəsində kollagenlərin məhv olması prosesi başlayır.

Günay Quliyeva