Üzdəki qırışlar nəyə işarədir? - ARAŞDIRMA

  • 13 Dek 2019 16:23
  • 2404 Baxış
Üzdəki qırışlar nəyə işarədir? -  ARAŞDIRMA
İstəsək də istəməsək də illər keçdikcə hamımızın üzüdə müxtəlif qırışıqlıqlar əmələ gəlir. Bu qırışlar bəzi insanlarda daha tez meydana çxıxır.

Medicina.az xəbər verir ki, qırışlar bədənimizin sağlamlıq haqqında bizi xəbərdar etmək üçün müraciət etdiyi bir yol ola bilər.

Üfüqi alın xətləri
Alında meydana çıxan üfüqi xəttlərə "qayğı xəttləri" deyilir. Alınınızda bu xəttlərin olması, gündəlik olaraq yüksək miqdarda stress altında olmağa işarə edir.

Ayrıca bu xətlər yüksək miqdarda şəkər istifadəsi və kifayət qədər suyun istehlak edilməməsi nəticəsində də ortaya çıxa bilər.

Sol qaş xətləri
Sol qaş kənarındakı xəttlər dalaqla birbaşa əlaqəlidir. Bu bölgədəki qırışların səviyyəsinin gözlə görünən şəkildə artdığını hiss etsəniz, dalağınız üçün peşəkar kömək almaq çox uyğun olar.

Sağ qaş xətləri
Sağ qaş xətlərindəki xəttlər bədəndə olan toksin səviyyəsini ifadə edir. Toksinlərin xaric edilməsində baş rol oynayan qaraciyər, dəriyə, xüsusilə sağ qaş bölgəsinə olduqca bağlıdır. Yəni bu xəttlər, qaraciyərdə meydana gələn balans pozulmasından qaynaqlana bilər.

Burun körpüsü xətləri
Bu bölgədəki xəttlər, allergik bir narahatlığın xəbərçisi ola bilər. Bəzən stress səbəbiylə də bölgədə meydana gələ bilən xəttlər, libido səviyyənizin normaldan daha aşağı olmasından da qaynaqlana bilər.

"Qaz ayağı" xətləri
Göz kənarlarında yaranan və "qaz ayağı" olaraq da bilinən bu xəttlər mədə, qaraciyər və böyrəklərdə yaranan problemlərə işarə edə bilər.

Göz altı qaralıqları
Göz altı qaralıqları bilindiyi kimi yorğunluq və qeyri-kafi yuxuya işarə edir. Amma nizamlı olaraq, kifayət qədər yuxu alınırsa, bu hal büruzə verdikdə, artıq başqa səbəblər axtarılmalıdır.

Yanaq solğunluğu
Yanaqlarınızda gözlə görülən bir rəng solmasını hiss etdinizsə, eyni zamanda nəfəs çatışmazlığı kimi ağciyər problemlərinə sahib ola bilərsiniz.