Üzü yanan gənc 28 il sonra sağlamlığına qovuşacaq

  • 13 Yan 2020 14:12
  • 1356 Baxış
Üzü yanan gənc 28 il sonra sağlamlığına qovuşacaq
İzmirdə yaşayan 28 yaşlı Mehmet Ali adlı gənc, hələ 6 aylıq olarkən bədbəxt hadisənin qurbanı olub. Belə ki, evlərində çıxan yanğın zamanı beşiyinin tutşması nəticəsində bədəninin müxtəlif yerləri və üzü yanıb.

Medicina.az xəbər verir ki, körpə ikən o 47 gün reanimasiyada qaldıqdan sonra yenidən həyata tutuna bilib.Uşağa kəllə sümüyünün olmaması və epilepsiya xəstəliyi dioqnozu qoyulub. Lakin ailənin uşağı müalicə etdirmək imkanı olmayıb.

Artıq 28 yaşlı gənc olan Mehmet, bir video çəkərək yardım istəyib sosial şəbəkə hesablarından paylaşım edib. Paylaşımı görən Türkiyə Səhiyyə NAzirliyi onun müalicəsi üçün hərəkətə keçib.

Onu Türkiyədə ilk dəfə üz və iki qolun birlikdə transplantasiyanı gerçəkləşdirən plastik, rekonstuktiv və estetik cərrahları doktor Ömər Özkan və doktor Özlenen Özkan cütlüyü müayinə edib.

Müayinədən sonra həkimlər bildirib ki, bu uzun müddətli bir müalicə prosesi olacaq. İlk öncə mehmetin yaşam səviyyəsini yaxşılaşdırmaq üçün rahat nəfəs almasını təmin etmək lazımdır. Bunun üçün ona burun dəliyi açılacaq. Daha sonra ağızdan qidalana bilməsi üçün dodaqları normal vəziyyətə gətiriləcək. Ən sonra kəllə sümüyünə də dəyişiklik ediləcək.

Hazırda Mehmetin müalicəsinə başlanıb. Ailəsi müalicənin müsbət nəticələnəcəyinə və qismən də olsa onun vəziyyətinin düzəlməsinəı ümid edir.




X