Uzun kovidin siyahısı - Başda duman, gücsüzlük, depressiya, saç tökülməsi...

  • 2022.08.01 15:31
  • 1683 Baxış
Uzun kovidin siyahısı  - Başda duman, gücsüzlük, depressiya, saç tökülməsi...

Alimlər koviddən sonra qalıcı fəsadların davam etdiyi post kovid - uzun kovid sindromunun yeni-yeni əlamətlərini açıqlayıb. Bu sindromun siyahısı daha da uzanır.


Bakupost.az xəbər verir ki, daha çox gənclərdə rast gəlinən kovid fəsadlarına daha üçün əlavə edilib.

Siyahıda gücsüzlük, iş görərkən yorulma, başda duman, saçların tökülməsi, depressiya, cinsi istəksizlik daxildir.

Bu açıqlamanı Birminqem universitetinin alimləri edib.

Onlar kovid keçirmiş yarım milyon insanın elektron tibbi məlumatlarını incələyiblər.

Nəticədə şikayət edilən və çox rast gəlinən təkrari 62 simptomun siyahısı hazırlanıb.

Bu simtptomlar koviddən sonrakı 3-6 ay ərzində də davam edib.

Pasiyentlərdə yaddaşda kəsintiulər, apraksiya - məqsədli hərəkət və işin pozulması, ayaqlarda şişkinlik, hallüsinasiyalar, bağırsaq pozulması, qoxu pozulması, dad hissiyatı azalması, mütəmadi qızdırmanın qalxması, erektil disfunksiya və s. müşahidə olunub.
Əlamətlər daha çox 18-30 yaşlı insanlarda, bütün yaşlarda qadınlarda, kök insanlarda, siqaret çəkənlərdə rast gəlinir.