Uzunmüddətli COVİD zəka geriliyinə səbəb olur

  • 2024.03.01 17:47
  • 598 Baxış
Uzunmüddətli COVİD  zəka geriliyinə səbəb olur
Uzunmüddətli COVİD-dən əziyyət çəkən insanlarda sonradan üzə çıxan bəzi əlavə təsirlər arasında idrak qabiliyyətinin və zəkanın azalmasının da olduğu müəyyən edilib.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, COVID-19-dan sonra uzun müddət fərqli simptomlarla özünü göstərən “Long Covid” kimi tanınan xəstəliklə bağlı yeni araşdırma aparılıb.

112 mindən çox insanın məlumatları araşdırılıb. Tədqiqat iştirakçılarının zəka, diqqət və səbəb-nəticə əlaqəsi qurma bacarığı kimi beyin qabiliyyətləri ölçülüb.

Məlum olub ki, “Long Covid” xəstələrinin intellekti azalır və onların IQ-da 6 ballıq azalma müşahidə edilir.

Nəticələrə görə, uzunmüddətli COVID-ə yoluxan xəstələrin bəzilərində simptomlar 3 ay sonra yoxa çıxsa da, IQ-larında 3 ballıq azalma olub.

Xəstəliyin simptomları 12 həftədən çox davam edənlərdə isə IQ azalması 6 bal olaraq müəyyənləşib.

Ağır COVID-19 keçirənlər və xəstəxanaya yerləşdirilməli olanlar üçün vəziyyət daha da pisdir.

Məlum olub ki, şiddətli COVID-19 keçirənlərdə IQ azalması 9 bala çatıb.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, dünyada ən azı 65 milyon insan hələ də uzunmüddətli COVİD ilə mübarizə aparır.

Gül