Uzunömürlülüyün daha bir sirri - Amerikalı həkimlər açıqlayır

  • 2021.09.13 12:03
  • 953 Baxış
Uzunömürlülüyün daha bir sirri -  Amerikalı həkimlər açıqlayır
ABŞ-ın Nortvestern Universitetinin həkimləri insan ömrünü uzatmağın daha bir sirrini açmağa müvəffəq olublar.

Medicina.az AzEdu.az-a istinadən xəbər verir ki, araşdırma "JAMA Network Open"də dərc edilib.

Araşdırmanın nəticəsinə əsasən, gündə azı 7 min addım gəzən insanlarda ölüm riski azalır.

Təcrübədə 2006-cı ildən bəri fiziki aktivliyi izlənilən 38-50 yaş arası 2 110 qadın və kişi iştirak edib. İştirakçılar üç qrupa bölünüb: birinci kateqoriyada insanlar gündə 7 mindən az, ikinci mərhələdə - gündə 7-10 min addım, üçüncüsündə - 10 mindən çox addım atıblar.

Nəticələr fiziki aktivliyi yüksək və orta səviyyədə olan iştirakçı qruplarında ölüm riskinin çox aşağı olduğunu göstərib.