Uzunömürlülüyün ən vacib sirri açıqlandı

  • 2023.09.04 17:54
  • 2643 Baxış
Uzunömürlülüyün ən vacib sirri    açıqlandı

100 yaşa kimi yaşayan insanları birləşdirən bir səbəb tapıldı: onların bağırsaq mikrobiomu unikal tərkibdə olub.

“Medicina” xəbər verir ki, Yaponiyanın Keyo universiteti və ABŞ Broud institutunun alimləri yeni elmi araşdırmalarının nəticəsində bu qərara gəliblər.

Uzunömürlülər 70 yaşa qədər yaşayanlardan daha az xroniki xəstəliklərə malikdir və daha az infeksion xəstəliklər keçirib.

Alimlər 160 yapon uzunömürlüsünün bağırsaq mikrobiotikasının tərkibini öyrəniblər. Onların içində orta yaş həddi 105 olub.

Məlum olub ki, 21-50 yaşlı insanlarla müqayisədə 80-85 yaşlı uzunömürlülərin bağırsağında daha çox sayda və növdə bakteriyalar var ki, onlar öd turşuları adlı ikincili fermentləri hasil edir.

Bu maddə bağırsağı patogen bakteriyalardan və iltihabdan qoruyur. Eləcə də immun sistemi tənzimləyir.

Aygün Musayeva