Vaginal axıntı növləri, əlamətləri - SÜD KİMİ AĞ RƏNGLİDİRSƏ...

  • 2019.08.03 13:09
  • 409686 Baxış
Vaginal axıntı növləri, əlamətləri  - SÜD KİMİ AĞ RƏNGLİDİRSƏ...


Qadınların ən böyük ortaq problemi vaginal axıntıdır. bu da rənglərinə və
növlərinə görə fərqlidir. bəziləri heçbir sağlamlıq probleminə işarə olmasa da,
digərləri əksinə ciddi problemin xəbərçisi ola bilir. Medicina.az
vaginal
axıntı haqqında vacib bilgiləri təqdim edir.


 


 


Vaginal axıntının miqdarı menstruasiyanın bitdiyi və digər menstruasiyanın
başlamasına qədər olan müddətdə fərqli miqdarlarda və xüsusiyyətdə olar. Yəni
qadının vaginal axıntı miqdarı hər gün eyni olmur. Məsələn, iki menstruasiyanın
arasındakı günlərdə axıntının miqdarı artır və daha yapışqan bir hal alır.
Menstruasiyadan bir neçə gün əvvəl də axıntıda artım olur.


 


 


Qadınların tez-tez etdikləri səhvlərdən biri də fizioloji axıntı ilə
infeksiyanı qarışdıraraq, həkim məsləhəti olmadan vaginal şam istifadə
etmələridir. Həkimlər xəbərdarlıq edir ki, lazımsız vaginal tabletka istifadəsi
vagina florasının tarazlığını pozur və tez-tez təkrarlanan infeksiyalara səbəb
olur.



 


Süd kimi ağ vaginal axıntı gəlirsə...


 


 


Süd kimi ağ vaginal axıntı gəlirsə qoxusu yüngülsə bu
adətən normal hesab edilir. Lakin qoxusu tünddürsə həkimə müraciət etməkdə
fayda var.Nəsə bir problem olma ehtimalı da var.


 


 


Vaginal axıntı ağ və
köpüklüysə...


 


 


Rəngsiz və ağın sarı çaları köpüklüysə bu vaginada göbələyin olmasına
işarədir. bu infeksiya qadınlarda daha sıx-sıx müşahidə edilir. Hamiləlikdə də
rastlanır.


 


 


Yaşıl və sarı axıntı varsa...


 


 


Yaşıl və sarı vaginal axıntı normal deyil.cinsi yolla keçən
infeksiya olduğunu göstərən simptom ola bilir. əgər cinsi yolla hər hansı
infeksiyaya yoluxmusunuza bu sizin üçün həyəcan siqnalıdır. Mütləq müayinə
olunmaq lazımdır. Geciksə ciddi problemlərə yol aça bilir. Xüsusi ilə
hamiləlikdə, həm qadına, həm də körpəyə təsir edir.


 


 


QƏHVƏYİ RƏNGLİ AXINTI


 


 


Qəhvəyi rəngli axıntı, hamiləliyin ilk əlamətləri ola bilər. Hamiləəlik ərəfsində
qəhvəyi rəngli axıntı gələrsə narahat olmağa ehtiyac yoxdur.


 


 


Vaginal axıntıdan qorunma üsulları:


1. Vaginanın içini yumayın. Vaginanın içini yumaq PH turşunu dəyişdirir və
oradakı təbii mühiti korlayaraq, laktobasilləri azaldır, zərərli mikrobların
artması üçün yaxşı mühiti təmin edir. Vagina içini xüsusən də sabunla yumaq
olmaz.


2. Normal duş əsnasında vagina içinə qaçan su miqdarı əhəmiyyətsizdir.
Vaginanın içinin təzyiqli su ilə yuyulması isə yuxarıda deyilən səbəblər
baxımından məsləhət deyil. Cinsi əlaqədən sonra və ya menstruasiya zamanı
təmizlənmək üçün isə xüsusi vaginal duş vasitələrindən istifadə edə bilərsiniz.


3. Duşdan sonra xarici genital bölgənizi dəsmalla qurulayın.


4. Genital sprey, ətir tərkibli bez, tampon, prezervativlərdən istifadə
etməyin.


5. Alt paltarlarınızı hər gün dəyişin və sintetik deyil, pambıq olanlara
üstünlük verin.


6. Üzmə və məşqdən sonra alt paltarlarınızı dəyişin, üstünüzdə qurumasına
imkan verməyin


7. Həddindən artıq çəki və şəkər xəstəliyi göbələk infeksiyasına zəmin
hazırlayar. Bu cür probleminiz varsa, tədbir görün.


8. Dar şalvar və ya dar alt paltarı geyinməkdən çəkinin.


9. Tualet təmizliyinə diqqət edin.


10. Cinsi əlaqə zamanı prezervativ istifadə edərkən diqqətli olun.


11. Cinsi münasibətdə olmaq üçün tərəf müqabillərinizi tez-tez dəyişdirməyin.
Tez-tez tərəf müqabilini dəyişən insanlarla cinsi münasibətə girməyin.

Vaginal axıntı növləri, əlamətləri  - SÜD KİMİ AĞ RƏNGLİDİRSƏ...
Vaginal axıntı növləri, əlamətləri  - SÜD KİMİ AĞ RƏNGLİDİRSƏ...