Vaginal gigiyenanın şərtləri - 5 əsas qayda

  • 2023.03.06 17:36
  • 1998 Baxış
Vaginal gigiyenanın şərtləri   - 5 əsas qayda

Bir çox qadınlar yaxşı bilirlər ki, vaginanın təmiz olması bir çox virus və xəstəliklərdən uzaq olmağa yardım edir. Bu vaginal mikroflora, həmçinin göbələk, hətta xərçəng xəstəliyinin profilaktikası üçün vacibdir.


“Medicina” ginekoloji gigiyena üçün 5 məsləhəti sizə təqdim edir.

1. Vaginanın təmiz saxlamağın yollarından biri intim münasibətdən öncə və sonra gigienik qaydalara əməl etməkdir. Bunlardan biri kontraseptivlərdi ki, həm kişi sağlamlığı, həm də qadının sağlamlığı üçün vacibdir. Necə ki istəksiz hamiləliyə qarşı həblər qoruyursa, eləcə də kontraseptivlər də qoruyucu funksiyanı daşıyır. Bir nüans da var ki, kontraseptivlər bəzən uşaqlıq yolunda allegik təsirlər yarada bilər. Bunun üçün kontraseptivlər düzgün seçilməlidir.

2. Pambıq alt paltar geyinmək vacibdir. Pambıq alt paltarla həm vagina, həm də dərinizi müxtəlif xəstəliklərdən və viruslardan qoruya bilərsiniz. Sintetik məhsullar hava buraxmır, par effekti verir. Krujevalı alt geyimlər isə dərini sürtür. Nəticədə müəyyən yara vəya səpkilər meydana çıxır.

3. İdmanla məşğul olmaq da sizn vaginanıza müsbət təsir göstərəcək. Məşqlər xəstəliyin profilaktikası kimi tanınır. Təbii doğru – düzgün məşqlər matka sallanmasının qarşısını alır,kiçik çanağın fəaliyyətini yaxşılaşdırır.

4. Ağartı məhsullarının qəbulu vaginanın sağlamlığına təsir edir. ağartı məhsulları da profilakrik tədbir kimi qiymətləndirilir.

5. Əgər hər hansısa problem yaranarsa mütləq şəkildə həkimə müraciət etmək lazımdır.

Aygün