"Vaksinlərin 90 faizi G-20 ölkələrində tətbiq olunur" - ÜST

  • 2021.05.21 22:59
  • 2374 Baxış
"Vaksinlərin 90 faizi G-20 ölkələrində tətbiq olunur" -  ÜST
“Koronavirus vaksinlərinin, demək olar ki, 90 faizi G-20 ölkələrində tətbiq olunur. Vaksinlərdəki qlobal bərabərsizlik davam etdiyi müddətdə insanlar ölməyə davam edəcək”.

Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.



O bildirib ki, təkcə dünən 13 mindən çox insan COVID-19-dan həyatını itirib:

“Yəni hər bir dəqiqədə doqquz nəfər ölüb. Bu günün rəqəmləri də, sabahın və birisigünün rəqəmləri də eyni olacaq. Bəli, koronavirus vaksinlərinin sürətli inkişafı elmin zəfəridir. Ancaq vaksinlərin ədalətsiz paylanması bəşəriyyət üçün uğursuzluqdur”.