Vaksinasiyadan sonra qızdırma olarsa nə etməli? - AÇIQLAMA

  • 2021.02.22 13:29
  • 1421 Baxış
Vaksinasiyadan sonra qızdırma olarsa nə etməli? -  AÇIQLAMA

Peyvəndləmə zamanı əks təsirlər tez-tez müşahidə olunur. Ancaq "bəzi yan təsirlər" peyvəndin işini yaxşı gördüyünə işarədir.

Medicina.az Publika.az-a stinadən xəbər verir ki, bunu Amerika Milli İmmunologiya və Tənəffüs Xəstəlikləri Mərkəzinin əməkdaşı Amanda Kohnu deyib.

Mütəxəssis peyvəndləmə zamanı ortaya çıxa biləcək 3 əsas simptomdan bəhs edib: “İnyeksiya bölgəsində ağrı, yorğunluq hissi və bədənin temperaturunun 37,1-38 dərəcə arasında artması buraya daxildir. Bu reaksiyalar bədənin xəstəliyi təqlid edən zülala qarşı immunitet reaksiya yaratdığının bir göstəricisidir”.

Kohnu bu vəziyyətin bir neçə gün təbii olduğunu, peyvəndin belə işlədiyini və xəstəni narahat etməməli olduğunu deyib.