Vaksinin yan təsirləri - Nə etməli?

  • 2021.06.18 11:13
  • 1501 Baxış
Vaksinin yan təsirləri -  Nə etməli?
Koronavirusa qarşı istifadə edilən vaksinlərin yan təsirləri mütəxəssislər tərəfindən araşdırılır.

Medicina.az xəbər verir ki, bu günə qədər kliniki çalışmalarda vaksinlərin ciddi yan təsirlərinə rastlanılmayıb. Vaksinasiyadan sonra isə rastlanılan əks təsirlər çox yüngüldür.

Bunlar yorğunluq, baş ağrısı, temperatur, titrəmə, əzələ ağrısı, qusma, ishal, vaksin olunan hissədə ağrı, qızarıqlıq, şişkinlik kimi yan təsirləri ola bilər. Allergik reaksiya verdikdə isə mütləq həkimə getmək lazımdır.

• Vaksin vurduğunuz qolunuzu yüksəkdə olacaq pozisiyada tutun. Soyuq bir şeylər tətbiq edin. Məsələn su ilə isladılmış bir dəsmalla həmin hissəyə vura bilərsiniz. Amma buzla birbaşa təmasdan uzaq durun.
• Yorğunluğunuz varsa istirahət edin, yetərli maye aldığınızdan əmin olun.
• Yüngül temperatur, titrəməniz varsa dincəlin, istirahət edin.
• Baş ağrısınız varsa parasetamol tərkibli ağrı kəsicilərdən istifadə edin.
• Əzələ ağrınız varsa istirahət edin, yetərli maye aldığınızdan əmin olun.

VAKSİNDƏN SONRA ÇİMMƏK OLARMI?

Vaksinasiyadan sonra isti duş almaq lokal reaksiya riskini artırır. Amma vaksindən sonra qəti çimmək olmaz deyə bir bir məlumat yoxdur.