Vaxt yetişdi: Nəyə görə insan qocalanda ölür - 5 səbəb

  • 2022.10.20 14:52
  • 3320 Baxış
Vaxt yetişdi: Nəyə görə insan qocalanda ölür  - 5 səbəb



"Yaşlı idi, qocalmışdı, qocalıqdan öldü, vaxtı çatmışdı" Bu 70 yaşdan sonra vəfat edənlərin ümumi diaqnozu və ölüm səbəbidir.

Avropada bu diaqnoz adətən 80 yaşdan sonra ölənlərə aid edilir. Bizdə isə 70 yaş maksimum ömür müddətinə çevrilib.
Tibbi baxımdan bu izah, belə əlaqələndirmə nə dərəcədə doğrudur. Həqiqətənmi insan qocalıqdan ölür?

"Medicina" xəbər verir ki, Xəstəliklərin Beynəlxalq təsnifatında qocalıq R54 kodu ilə qeyd olunub.


Baxmayaraq ki, belə bir kod var, insanı hətta 90 yaşında ölsə də, ölüm səbəbinin qocalıq olduğunu demək düzgün deyil.

Həkim kardioloq Azizxan Askarov əslində yaşlıları öldürən əsas səbəbləri açıqlayıb.

"80-90 yaşda artıq insanın bir buket xəstəliyi olur, bunlara damar tutulması, ürək-damar problemləri, böyrək, şəkərli diabet, beyin damarlarının atoresklerozu, qaraciyər xəstəlikləri aiddir.

Yaşlı insanlarda iştah demək olar itir, onlar çox halda az yeyir, uzun müddət ac qalsa da bunu hiss etmir. Nəticədə orqanizmin gücü tükənir, buna katexsiya deyilir.

Əgər yaşlı insan normal sağlam və zəngin qidalanmırsa, kəskin arıqlayır.

Yaşlıların ölüm səbəbləri içində birinci yerdə aritmik ölümdür. Hipoksiya fonunda ürək ritmi kəskin pozulur.
Ürək mədəciyi taxikardiyası baş verir, nəbz 150-200 vurur, nəticədə insan ölür.
Adətən belə hallar yuxuda baş verir.

İkincisi - böyrək və qaraciyərin iflasıdır.
Bu zaman beynin ödemio baş verir, kəllədaxili təzyiq artır, qansızma olur.

Üçüncüsü - yüksək təzyiqin qəfil artması ilə beyin qansızması. İnsultdan yaşlı adamlar sıyrıla bilmir.

Dördüncü - Yuxuda apnoe, tənəffüsün dayanması. Ağır çəkili, diabet xəstələri, yuxuda bərk xoruldayanlarda baş verir.
Yaşlılarda öskürək, asqırmaq kimi reflekslər sömür, ona görə yuxuda sadəcə olaraq boğula bilər və bunu heç kim duymaz.

Tənəffüsün dayanması isə avtomatik ürəyin dayanmasıdır. Amma təcili yardım ölüm səbəbini ürək dayanması kimi qeyd edir. Ürəyin dayanmasına nə səbəb oldu, bu artıq çoxlarını maraqlandırmır".


Aygün Musayeva