Cəmiyyətdə fəal iştirak edən yaşlı insanların vaxtından əvvəl ölüm riski daha azdır.
“Medicina” xəbər verir ki, Amerika alimləri bu qənaətə gəliblər.
Araşdırmada 60 yaşdan yuxarı 2 mindən çox insan iştirak edib.
Tez-tez xeyriyyə işləri ilə məşğul olanlar, nəvələri ilə vaxt keçirənlər və ya idman və ya sosial klublara qatılanlar daha uzun yaşayıblar: növbəti dörd il ərzində onların ölmək riski sosial yönümlü həyat tərzi keçirənlərlə müqayisədə 42% aşağı olub.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, bunda mühüm rol bioloji qocalmanın ləngiməsi və yüksək fiziki aktivlikdir.
San-Fransisko Kaliforniya Universitetinin tədqiqat rəhbəri Əşrəf Abuqron deyib: "İctimai cəhətdən aktiv olmaq sadəcə həyat tərzi deyil. Bu, sağlam qocalmanın vacib amilidir" dedi.
Onun fikrincə, cəmiyyət həyatında iştirak yaşlı insanların həyat keyfiyyəti və uzunluğu ilə birbaşa bağlıdır.
Aygün Musayeva