Velosiped sürmək qadınlarda cinsi istəyi azaldır - ARAŞDIRMA

  • 2019.11.08 17:27
  • 44657 Baxış
Velosiped sürmək qadınlarda cinsi istəyi azaldır -  ARAŞDIRMA

Velosipedin
sağlamlığımız üçün çox faydalı olduğunu və oynaqlar üçün qaçışdan daha faydalı
olduğu deyilir. Ancaq son araşdırmalara görə, velosiped sürmək qadınlar üçün
heçdə yaxşı fikir deyil.

Medicina.azxəbər verir ki, ingilis ginekoloq Pradnya Pisal'in sözlərinə görə, həm kişilər,
həm də qadınlar velosiped sürərkən cinsiyyət orqanlarında müəyyən bir
narahatlıq hiss edə bilərlər. Ancaq qadınlardadaha ciddi problemlər yarana bilər.

Velosiped
sürərkən cinsiyyət sahəsinə tətbiq olunan təzyiq, vaginanın şişməsinə, qıcıqlanması
və sidik kisəsində problemlərə gətirib çıxarır. Bunun səbəbi, velosiped sürərkən
qadının ümumi bədən çəkisinin 40% -ni vaginanın üzərinə düşməsidir.

Qadın
velosipedçilər arasında ən çox rast gəlinən problemlər arasında səpkilər, ağrı,
həssaslıq, uyuşma, vağına ağzının genişlənməsi, vaginanın qıcıqlanması, vaginal
infeksiya və sidik yollarının infeksiyasıdır. 

Daha əvvəl
edilən araşdırmalarda P.Pisalın araşdırmasını təsdiq edir. Belə ki, həftədə
velosipedlə 100 mildən çox məsafə qət etmək cinsi istək hissini azaldır. Artan
ağrı və uyuşma da cinsi disfunksiyaya səbəb olur.

Mütəxəssislər
bəzi qadınların daha rahat velosiped sürmək üçün hətta əməliyyat etdirdiyini
bildirir. Son illərdə bu qadınların sayının artdığını söyləyirlər. Bu ağrılı
cinsiyyət əməliyyatı sürtünmə və əzilmənin qarşısını almaq üçün vaginanın içərisindən
bir hissəsini kəsib çıxartmaqdan ibarətdir.