Vertigoheel - Başgicəllənmə üçün 1№-li preparat!

  • 2025.09.24 12:17
  • 85 Baxış
Vertigoheel -  Başgicəllənmə üçün 1№-li preparat!

Vertiqo – başgicəllənmənin növüdür, özünün və ya ətrafın fırlanması hissi ilə xarakterizə olunur; pasiyentlər qeyd edir ki, əşyalar onların ətrafında fırlanır və ya onlar əşya ətrafında fırlanırlar.

Başgicəllənmə--qeyri-spesifik simptomdur; məkan və mövqe ilə bağlı patoloji hissləri təsvir edir. Başgicəllənmənin 4 növü mövcuddür: vertiqo, başgicəllənmə, bayılmaöncəsi vəziyyət və müvazinətin pozulması. Ən yayılmış növ vertiqodur ki, başgicəllənmə zamanı ilkin tibbi müraciətlərin 54%-ni təşkil edir; qadınlar arasında xəstələnmə əmsalı 3-4 dəfə çoxdur. Vertiqonu başgicəllənmənin digər növlərindən fərqləndirmək lazımdır. Gerçək vertiqo, yaxud, vestibulyar vertiqo daxili qulağın xəstəlikləri ilə bağlıdır; başgicəllənmənin digər simptomları və ya qeyri-vestibulyar vertiqo ürək-damar sistemi xəstəlikləri zamanı və ya başqa səbəblərdən yarana bilər. Vestibulyar vertiqonun ən yayılmış səbəblərinə aiddir: xoşxassəli paroksizmal pozision (duruşla əlaqəli) vertiqo, Menyer xəstəliyi (epizodik vertiqo) və kəskin vestibulyar nevrit (müvazinətin qəflətən birtərəfli itirilməsi). Bu 3 vəziyyət bütün vertiqo hallarının 93%-ni təşkil edir. Mərkəzi vertiqo beyinciyin, vestibulyar nüvələrin və onların beyin kötüyü ilə birləşmələrinin hemorragik və işemik insultu ilə törənə bilər. Başqa səbəbləri mərkəzi sinir sisteminin törəmələri, infeksiyalar, travmalar və dağınıq sklerozdur; ən çox yayılmış səbəb miqrendir; o, həmçinin, vestibulyar miqren, yaxud, miqren ilə əlaqəli başgicəllənmə də adlanır. Mərkəzi sinir sistemi ilə əlaqəli səbəblər, adətən, yaşlı nəslin nümayəndələrini zədələyir, çünki risk amilləri vertiqonun damar səbəbləri ilə (hipertenziya, ateroskleroz, şəkərli diabet) üst-üstə düşür. Əhalinin daha cavan qrupunda, adətən, miqren tipli baş ağrıları və dağınıq skleroz vertiqoya səbəb olur. Vertiqoya səbəb ola biləcək qeyri-vestibulyar ürək-damar pozulmalarına serebrovaskulyar xəstəliklər (məsələn, insult, damar demensiyası), aritmiya, kardiomiopatiya, hipertenziya və hipotenziya aiddir. Dərmanlar (məsələn, aminoqlikozidlər, antikonvulsantlar, antidepressantlar, antihipertenziv preparatlar, barbituratlar, kokain, diuretiklər, nitroqliserin, salisilatlar, sedativ preparatlar), servikal vertiqo və psixoloji səbəblər (depressiya, narahatlıq, somatizasiya, panik pozulmalar və şəxsi xüsusiyyətlər) qeyri-vestibulyar vertiqonun digər səbəbləridir. Başgicəllənmə simptomu kliniki olaraq qorxulu ola bilər, çünki əlamətləri və simptomları qismən üst-üstə düşən çoxsaylı səbəb mövcuddur.

Həmlə zamanı göstərilən ilkin yardımdan sonra terapiya xəstəliyin əsas səbəbinin müalicəsinə yönəlir. Fəsadlaşmamış vertiqonun yüngül və orta ağır formalarında Vertigoheel preparatı təhlükəsiz və effektli monoterapiyanı təmin edə bilər.

Vertigoheel -Vertigo üçün təbii dəstək!

Vertigoheel preparatı effektləri təsdiqlənmiş xüsusi təbii maddələri özündə birləşdirir:

✓ Anamirta cocculus – səyahət xəstəliyi də daxil olmaqla vertiqo və ürəkbulanma üçün
✓ Conium maculatum -başgicəllənmə və qulaqda küyü, gurultunu azaltmağa kömək edir
✓ Ambra grisea – sinir sistemini dəstəkləyir, başgicəllənməni aradan qaldırır, əsasən yaşlı insanlarda
✓ Petrol rectificatum – vestibulyar aparatın funksiyasını yaxşılaşdırır və vertiqoya bağlı ürəkbulanmanı azaldır

Almaniya istehsalı

Qlütensiz

Təbii tərkibli

Əlavə təsirsiz

12 yaşdan yuxarı və böyüklər üçün standart dozalanma:

3 tab -gündə 3 dəfə, yeməkdən 30 dəq. əvvəl və ya 1 saat sonra, dilaltı.

Kəskin dövrdə: 2 saat ərzində, hər 15 dəqiqədən bir, 1 tab dilaltı.
Həkiminizlə məsləhətləşin!