Vətən müharibəsi iştirakçısı intihar etdi

  • 2022.11.02 17:19
  • 3167 Baxış
Vətən müharibəsi iştirakçısı intihar etdi


Binəqədi rayonu Xocəsən qəsəbəsində intihar qeydə alınıb.


"Medicina" xəbər verir ki, Laçın rayonundan olan məcburi köçkün, 24 yaşlı Atabala Xalid oğlu Hümbətov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Atabala Hümbətov Vətən müharibəsi iştirakçısıdır. O, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib.