Vəzifəli şəxs koronavirusdan öldü

  • 17 Apr 2021 22:50
  • 907 Baxış
Vəzifəli şəxs koronavirusdan öldü
Goranboyda icra nümayəndəsi koronavirusdan ölüb.

Medicina.az APA-ya istinadən xəbər verir ki, Sarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1961-ci il təvəllüdlü Mustafayev Kəmaləddin Mustafa oğlu bu gün günorta saatlarında vəfat edib.

O bir neçə gün əvvəl yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxubmuş.

Qeyd edək ki, K.Mustafayev 20 ilə yaxındır ki, bu vəzifədə çalışırdı.