Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Virus hardan daha çox yoluxur? - Ağız, yoxsa burun?

  • 2020.10.30 17:30
  • 8056 Baxış
Virus hardan daha çox yoluxur?   - Ağız, yoxsa burun?


ABŞ və Böyük Britaniyadan olan elm adamları ağız boşluğunu koronavirus infeksiyasının yayılmasının əsas mənbəyi adlandırıblar.


Bildirilir ki, dil, tüpürcək vəzləri və badamcıqlar daxil olmaqla ağız boşluğu virusun çoxalması üçün ən əlverişli yerlərdən biridir.

Alimlər, koronavirusun tüpürcək vəzlərinin boşluğuna nüfuz etdiyini və ağız suyunu udduqdan sonra infeksiyanın dərhal mədə-bağırsaq traktına girdiyini əlavə ediblər.

Bundan başqa, tədqiqatlara görə tüpürcək vasitəsilə virus digər insanları asanlıqla yoluxdura bilir.