Virus mutasiyaya uğrayır: Daha bir ölkədə yeni növü tapıldı

  • 2021.02.25 10:46
  • 1211 Baxış
Virus mutasiyaya uğrayır:  Daha bir ölkədə yeni növü tapıldı
Qərbi Afrika ölkəsi olan Nigeriyada koronavirusun B.1.2.5 adlı yeni variantının aşkarlanıb.

Medicina.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Çikvi İekviazu (Chikwe Ihekweazu) açıqlamasında ölkədə yeni aşkarlanan variantın İngiltərədə ortaya çıxan mutasiyadan fərqli olduğunu bildirib. Onun sözlərinə görə, yeni mutasiya hələ qorxulu deyil: “Ölkədəki araşdırmaşılar və mütəxəssislər yeni mutasiyanı daha yaxşı tanımaq üçün 130 nümunə üzərində çalışmalar aparır. Ölkədə bu vaxta qədər Kovid-19-un B.1.1.7 adlı yeni variantına 54 yoluxma faktının qeydə alınıb”.