Virusa qarşı ən güclü immunitet AÇIQLANDI

  • 2020.12.25 09:29
  • 2356 Baxış
Virusa qarşı ən güclü immunitet  AÇIQLANDI

İnsanda koronavirusa qarşı daha güclü immunitet ya o xəstəliyi təbii üsulla keçirdikdə ya da peyvənd edildikdən sonra üzə çıxır.

Bu barədə “Sputnik” radiosuna müsahibəsində Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və mikrobiologiya Mərkəzinin virusoloqu Aleksandr Butenko danışıb.

O qeyd edib ki, immunitet orqanizmin infeksiyaya qalib gəlməsindən sonra və vaksinləmənin köməyi ilə meydana çıxır.

"İnsanlar immuniteti ya hər hansı bir şəkildə yoluxma nəticəsində əldə edirlər: əlamətsiz, yüngül, orta dərəcədə və ya bir peyvəndin köməyi ilə - mexanizm eynidir", - deyə virusoloq izah edib.

Butenko qeyd edib ki, peyvəndin testləri vaksinləmədən sonra antitel səviyyəsinin təbii olaraq xəstələnənlərdən daha yüksək olduğunu göstərib. Ancaq mütəxəssis əlavə edib ki, bu yeganə göstərici deyil.