Virusa yoluxmuş veteran futbolçumuzun vəziyyəti yaxşılaşır

  • 2021.01.14 13:41
  • 1021 Baxış
Virusa yoluxmuş veteran futbolçumuzun vəziyyəti yaxşılaşır

Azərbaycanın koronavirusa yoluxmuş veteran futbolçusu Qəhrəman Əliyevin səhhəti müsbətə doğru dəyişməkdədir.

Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Əliyev artıq reanimasiyadan çıxarılaraq, ümumi şöbəyə yerləşdirilib: "Əvvəl heç bir reaksiyası yox idi, indi isə irəliləyiş müşahidə edilir. Artıq bəzi yüngül, daha çox duru yeməkləri qəbul etməyə başlayıb".

Qeyd edək ki, Qəhrəman Əliyev Masallıda özəl klinikada müalicə alır. O, daha əvvəl Bakıda müalicə olunurdu. Əliyev "Viləş" (Masallı), "Şəmkir" komandalarında baş məşqçi, "Bakı" klubunda isə köməkçi məşqçi vəzifəsində çalışıb.