Viruslara yoluxmaq insult riskini 2-3 dəfə artırır

  • 2023.01.05 15:03
  • 1387 Baxış
Viruslara yoluxmaq insult riskini 2-3 dəfə artırır


Alimlər insanda insult riskini dəfələrlə artıran xəstəlikləri sadalayıb.

Bakupost.az xəbər verir ki, Kolorado universitetinin alimləri insultla virus infeksiyaları arasında əlaqə olduğunu sübut ediblər.

Məsələn, suçiçəyi, qızılca, kovid, kəmərləyici dəmrov insanda insulta meyillik yarada bilər.

Çünki insan bu viruslardan birinə yoluxduqda, virus orqanizmdə qalır. Zamanla o aktivləşə bilər. Alimlərin sözlərinə görə, insult riski yoluxmadan 1 il sonra yüksəlir.

Onlar 10 nəfər kəmərləyici dəmrov xəstəsinin qanını sağlam insanlarla müqayisəli təhlil ediblər.

Məlum olub ki, virus mikroskopik ölçüdə ekzosomların orqan və toxuma hüceyrələrarasında sintezini artırır.

Bu ekzosomlar isə qanın laxtalanma mexanizminə təsir edir.

Onları miqdarı xəstə sağalandan sonra da artmağa başlayır.

Ona görə də ağır virus infeksiyaları tez-tez keçirən insanlar bu məsələni nəzarətdə saxlamalıdır.