Vuhana yollanan həkimlərdən qeyri-adi addım: Başlarını keçəl qırxdırdılar- FOTO

  • 2020.02.13 10:42
  • 2466 Baxış
Vuhana yollanan həkimlərdən qeyri-adi addım:  Başlarını keçəl qırxdırdılar- FOTO
Ötən gün koronavirusla mübarizə üçün Çinin Vuhan şəhərinə Xian Beynəlxalq Mərkəzi Xəstəxanasının 228 nəfərdən ibarət həkim və tibb işçisi briqadası yollanıb.


Medicina.az xəbər verir ki, onlardan bəziləri qoruyucu tibbi geyimi və maskanı geyinməyi asanlaşdırmaq üçün saçlarını kəsdirib. Onların bu addımı Çin və digər ölkələrdə medianın gündəminə düşüb. Hər kəs bu tibb işçilərinin atdığı addımı təqdirəlayiq hesab edib və onlara təşəkkür edib.


Briqadadan olan gənc bir həkim isə saçlarını kəsdiyinə görə təəssüflənmədiyini bildirib:

"BU elə də pis hadisə deyil. Saçlarım yenidən çıxa və külək dəydikcə əvvəlki kimi uzana bilər. Uzun saçlarım olanda mən yenidən Vuhan şəhərinə gələrəm"