Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vüqar Qurbanov bu xəstəxananın direktorunu və baş həkimini işdən çıxardı - FOTO

  • 2025.07.30 11:18
  • 276 Baxış
Vüqar Qurbanov bu xəstəxananın direktorunu və baş həkimini işdən çıxardı -  FOTO

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında kadr islahatları aparılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Firdovsi Sarıyev və baş həkim Etibar Hüseynov işdən çıxarılıblar.