Vüqar Qurbanov yeni direktorlar təyin etdi - FOTO

  • 2024.02.19 14:50
  • 757 Baxış
Vüqar Qurbanov yeni direktorlar  təyin etdi - FOTO
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.

Bu barədə Medicina.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Namiq Həsənov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb.

Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.