Xalq artisti koronavirusa yoluxdu: Dərslər dayandırıldı

  • 2021.04.12 10:33
  • 1381 Baxış
Xalq artisti koronavirusa yoluxdu:  Dərslər dayandırıldı

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub.

Medicina.az bildirir ki, bu barədə APA-ya Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.

O, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib: “Hazırda səhhəti yaxşıdır, ev şəraitində müalicə alır”.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasında bu gündən əyani dərslər dayandırılıb.