Xalq artisti təcili əməliyyat edildi

  • 2023.01.26 12:23
  • 2249 Baxış
Xalq artisti təcili  əməliyyat edildi
Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.

Medicina.az xəbər verir ki, aktrisa təcili olaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Bu barədə Allahverdiyevanın həyat yoldaşı Baku.ws-ə açıqlamasında bildirib:

“Naibə xanım hazırda xəstəxanadadır. Sinəsindən əməliyyat keçirib. Plastik əməliyyat deyil. Vəziyyəti yaxşıdır”.

Xatırladaq ki, Xalq artisti uzun müddət idi ki, şiddətli bel və kürək ağrılarından şikayətlənirdi.