Xalq artisti xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

  • 2022.12.03 10:34
  • 4935 Baxış
Xalq artisti xəstəxanaya yerləşdirildi -  Vəziyyəti ağırdır
Xalq artisti Aftandil İsrafilovun səhhətində problemlər yaranıb.

Medicina.az xəbər verir ki, bu barədə Hacı Nuran “Instagram” hesabında paylaşım edib. Bildirilib ki, ötən gün vəziyyəti ağırlaşan sənətçi təcili olaraq xəstəxanaya yerləşdirilib.


Onun sözlərinə görə, həkimlər Xalq artistinin vəziyyətini ağır qiymətləndirirlər:


“Sənətkarın vəziyyəti kritikdir. Düzü, mən buna inanmaq istəmirəm. Çünki bilirəm ki, Aftandil İsrafilov xəstəliyin nə olduğunu bilməyən adamdır. Amma dünya halıdır. Həkimlər vəziyyətini ağır qiymətləndirirlər. Allah köməyi olsun. Bizim dost itirən vaxtımız deyil!”