Xalq artisti Yeni Klinikaya yerləşdirildi

  • 2022.12.30 17:27
  • 1882 Baxış
Xalq artisti Yeni Klinikaya yerləşdirildi


"Xalq artisti Ağasəlim Abdullayevin səhhətində yaranan problemlə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub".


"Medicina" xəbər verir ki, sənətçi mədə ezofagit diaqnozu ilə TƏBİB-in tabeliyindəki Yeni Klinikaya hospital olunub.

"Yeni Klinikada xəstəyə anamnestik, laborator və instrumental müayinələrin nəticəsinə əsasən kəskin pankreatit diaqnozu qoyulub və stasionar müalicə üçün Terapiya şöbəsinə yatırılıb.

Xəstənin vəziyyəti kafi olaraq qiymətləndirilir. Həyati göstəriciləri stabildir. Müalicəsinə davam edilir" deyə, qurumdan bildirilib.