Xalq rəssamının vəziyyəti ağırdır - Ailə çıxılmaz durumda

  • 2025.09.08 15:08
  • 184 Baxış
Xalq rəssamının vəziyyəti ağırdır  - Ailə çıxılmaz durumda


Xalq rəssamı Nazim Bəykişiyevin vəziyyəti kritikdir

"Atam bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkir, vəziyyəti kritikdir".

"Medicina" xəbər verir ki, bu barədə APA-ya Xalq rəssamı Nazim Bəykişiyevin oğlu Zöhrab Bəykişiyev məlumat verilib.


O bildirib ki, maddi sıxıntılar ucbatından hazırda atasını xəstəxanaya yerləşdirmək mümkün deyil: "Bu barədə aidiyyəti qurumlara məlumat verilib".

Qeyd edək ki, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akdemik Musiqili Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının baş rəssamı olub.