Xaricdə daha bir azərbaycanlı koronavirusdan öldü

  • 2020.08.15 18:21
  • 3214 Baxış
Xaricdə daha bir azərbaycanlı koronavirusdan öldü
Norveçdə əslən Bakıdan olan, 1954-cü il təvəllüdlü Əli Gülbala oğlu Əzizov vəfat edib.

Medicina.az xəbər verir ki, həmyerlimiz ötən gün koronavirusdan dünyasını dəyişib.

O, bir aydır Norveç Krallığının paytaxtı Osloda klinikaların birinə COVID-19 diaqnozu ilə yerləşdirilmişdi.

Mərhum Norveç vətəndaşıdır və Osloda xüsusi qayda ilə dəfn olunub.