Cərrahlar ölmüş donorun ağciyərlərini diriltdilərTibdə ilk:

  • 2017.11.10 11:46
  • 25276 Baxış
 Cərrahlar ölmüş donorun ağciyərlərini diriltdilər Tibdə ilk:
Donor orqanlarının yeni müalicə proseduru daha çox insan həyatını xilas edə bilər.


 

Medicina.az xəbər verir ki, ABŞ- ın bəzi klinikalarında transplantoloqlar ağciyərlərin transplantasiyasının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına imkan verən yeni bir üsul tətbiq etməyə başlayıblar.


Məlum səbəblər üzrə, transplantasiya üçün meyitlərdən götürülən orqanların köçürülməsinə qədər bir neçə saat vaxt keçir. Transplantasiyadan əvvəl orqanlar diqqətlə yoxlanılarkən, onların istifadə üçün yararsız olması aşkar olunur.


ABŞ-da orqanların saxlanılması məqsədi ilə istifadə edilən yeni metodikanın köməyi ilə donorlardan götürülən ağciyərlər dərhal süni qan dövranı və ventilyasiya aparatına qoşulur. Belə metod, orqanları oksigen, qidalandırıcı maddələr və antibiotiklərlə də təchiz etməyə imkan verir. Bir neçə saat keçdikdən sonra ağciyərlərin temperaturu tədricən normal temperatura çatdırılır.


Bu üsul transplantasiya üçün istifadə edilən ağciyərlərin yararlılıq dərəcəsini xeyli artırmağa imkan verir.


Tədqiqatçılar həmçinin qaraciyəri, böyrəkləri, mədəaltı vəzini və hətta ürəyi də bərpa etməyi planlaşdırırlar.