Xaricdən gətirilən meyvə-tərəvəzi alıb yemək olarmı?

  • 2023.04.10 18:45
  • 2169 Baxış
Xaricdən  gətirilən meyvə-tərəvəzi alıb yemək olarmı?
Mütəxəssislərin fikrincə, xaricdən gətirilən meyvə və tərəvəzlər bizim immun sistemə uyğun deyil fikri ciddi əsaslanmayıb.


“Medicina” xəbər verir ki, hər bir ölkədə meyvə və tərəvəzlərin yetişdirilməsində temperatur fərqi var.

Məsələn, qonşu Rusiyada tempratur adətən Azərbaycana nisbətən soyuqdur. Hətta daha şaxtalıdır. Orda yetişən meyvə və tərəvəzlərin yetişməsi prosesinə tempratur təsir edir. Eləcə də digər daha isti xarici ölkələr də istisna deyil.


Rusiyaya Türkiyə, Ekvador, Misir və İrandan sitrus meyvələri, banan, üzüm, avokado, manqo və digər ekzotik meyvə və giləmeyvə ərzaq bazarlarına və mağazalara daxil olur. Yaxın xaricdən - Belarus, Azərbaycan və Özbəkistandan mövsümi tərəvəzlər gətirilir. Eləcə də Azərbaycana bu ölkələrdən meyvə və tərəvəzlər gətirilir.


Qastroenteroloq, tibb elmləri namizədi Yekaterina Kaşux bildirir ki, bitki məhsullarının bağdan boşqaba qədər olan yolu nə qədər qısa olsa, bir o qədər insan üçün faydalıdır.

Yaz-yay aylarında yerli istehsalçıların məhsulları daha çox olur. Belə tərəvəzlər, meyvə və giləmeyvə uzun müddət saxlanılmır, lakin onlar zəngin vitamin və mineral tərkibə malikdirlər.
Xaricdən gətirilən tərəvəz və meyvələrdə isə hər şey tam əksinədir.


Onlar yolda xarab olmasın deyə yetişməmiş yığılırlar. Bu səbəbdən onlar qida maddələri ilə daha az zəngindir. Ancaq onlardan tamamilə imtina etmək lazım deyil. Meyvələr lazımi nəzarətdən keçibsə, onlardan heç bir zərər gəlməyəcək.

Nəzəri olaraq, mağazalarda və təşkil edilmiş ərzaq bazarlarında satılan bütün tərəvəz və meyvələr təhlükəsizdir.
Məsələn, Rusiya qanunvericiliyi bitkiçilərə istixanalarda meyvə və tərəvəz yetişdirmək üçün pestisidlərdən istifadə etməyi qadağan edir. Xaricdən gətirilən meyvələr məcburi fitosanitar ekspertizadan keçməlidir, mütəxəssislər digər şeylərlə yanaşı, nitratların icazə verilən konsentrasiyasını yoxlayırlar.


Nitratlar azot turşusunun duzlarıdır. Normalda bütün kök bitkilərində, yarpaqlı göyərtilərdə, tərəvəz və meyvələrdə az miqdarda olurlar. Amma bitki düzgün mayalanmasa və kimyəvi maddələrlə müalicə olunmazsa, həddindən artıq nitrat yığılır.


Azot turşusunun duzları bədənə çox daxil olduqda sağlamlığa zərərlidir. Onlar qaraciyər, böyrəklər, mədə-bağırsaq traktının xəstəliklərini təhrik edir, anemiya riskini artırır, immunitet sistemini zəiflədir və xərçəngə səbəb ola bilər.

Günay Quluzadə