Xaş yeyənlərə botoks lazım olmur - Məşhur həkim

  • 2023.02.03 16:08
  • 4696 Baxış
Xaş yeyənlərə botoks lazım olmur  - Məşhur həkim


Türkiyəli daxili xəstəliklər və kardiologiya mütəxəssisi sağlam qidalanma ilə bağlı tövsiyələr verən Canan Karatay, xaşın tərkibinin kollagenlə zəngin olduğunu deyib.Onun sözlərinə görə, kəllə-paça yeyən insanların botoksa ehtiyacı yoxdur.


"Çoxlu xaş yeyin, çünki o, ən dəyərli qidadır. Xaş xolesterini yüksəltdiyi üçün illərlə yeyilməməsi məsləhət görüldü. Amma gördüyünüz kimi xəstəliklər yenə də var və artır. Xaşın tərkibi vücudun ehtiyacı olan təbii proteinlə zəngindir, həm də təbii kollagendir. Qadınlar gedib botoks etdirirlər. Kəllə-paça yeyən insanların botoksa ihtiyacı qalmır".

Nəzərinizə çatdırırıq ki, kollagen - insan orqanizminin fəaliyyəti üçün çox mühüm rol oynayır. Sümüklərin, qığırdaqların, əzələlərin, vətər və bağların tərkibinə kollagen daxildir. Məhz kollagen onların möhkəmliyi və fasiləsiz işinə cavabdeh sayılır. Başqa sözlə desək, kollagen - bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan, xüsusi yağlaşdırıcı zülaldır.

Kollagen həmçinin dərimizdə də çox miqdarda olub, onun möhləmliyi və elastikliyini təmin edir. Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və ilk olaraq dərinin vəziyyəti ilə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri möhkəmlik və elastikliyini itiri, üst qatı nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yerini tutur.

Aygün M



Xaş yeyənlərə botoks lazım olmur  - Məşhur həkim