Xərçəng barədə yayılmış – 7 MİF

  • 2023.07.26 22:00
  • 2178 Baxış
Xərçəng barədə yayılmış   – 7 MİF

Xərçəng qorxusu bəzən tamam fantastik miflərin yayılmasına səbəb olur.


“Medicina” xəbər verir ki, onkoloq Andrey Lvoviçin sözlərinə görə, bəzən bu məlumatlar insanları çaşdıran miflərdir.

Xərçəng xəstəliyi haqqında ən geniş yayılmış 7 mif aşağıdakılardır.



Mif 1: Xərçəng XXI-ci əsrin xəstəliyidir, keçmşdə olmayıb.

Onkoloji xəstəlik faktları hələ eramızdan əvvəl həkimlər tərəfindən təsvir edilmişdir. Xərçəng multifaktorial patologiyadır, onun inkişafı qidalanma, stress və bir çox başqa səbəblərlə bağlıdır. 2010-cu ildə "Nature" jurnalında dərc edilən böyük bir araşdırma göstərir ki, xərçəng antik dövrdə nadir olsa da var idi, lakin müasir cəmiyyətdə ekoloji kanserogenlər patologiyanın yaranmasında əsas rol oynayır. Yəni xəstəliyin inkişafı üçün şəraiti insanlar özləri yaradıblar.


Mif 2: Xərçəng həmişə ağrı ilə müşayiət olunur.

Erkən mərhələdə bir çox onkoloji xəstəliklər asimptomatikdir və ya onların təzahürləri bir çox digər xəstəliklərə bənzəyir. Məsələn, ağciyər xərçəngi zamanla güclənən öskürək, nəfəs darlığı, iştahsızlıq inkişaf etdirə bilər.

Mif 3: Xərçəng yoluxucudur. Artıq bir çoxumuz bilirik ki, xərçəng xəstəliyi yoluxucu deyildir.

Mif4. Bədxassəli şişlər stressdən, psixikadan yaranır. Bu mif çox yaygındır. Təbii ki, depressiya çox stress yaradır, lakin öz-özünə heç nəyə təsir etmir. Başqa bir şey budur ki, stress siqaret çəkmək və ya spirt içmək kimi pis vərdişlərin yaranmasına səbəb ola bilər. Bu zaman bədxassəli şişlərin əmələ gəıməsi ehtimalı artır.

Mif 5: Xərçəng irsi xarakter daşıyır.


Xərçəng irsi deyil, lakin bir insanın müəyyən xərçəng növlərinə meyli artır. Bu uşağın valideynlərdən müəyyən bir gen dəstini miras alması ilə əlaqədardır. Müvafiq olaraq, onlardan birindən genin pozulmuş bir nüsxəsini ala bilər və bu mutasiyaya görə gələcəkdə müəyyən bir lokalizasiyada bir şişin inkişaf ehtimalı artır.

Mif 6: Mobil telefonlar xərçəngə səbəb olur.

Mobil telefonların xərçənglə əlaqəsi müxtəlif irimiqyaslı tədqiqatlarda tədqiq olunub və heç bir yerdə smartfonlardan aktiv istifadənin xərçəngin inkişafına səbəb ola biləcəyi etibarlı şəkildə müəyyən edilməyib.

Mif sayı 7. Xərçəng şirniyyatı sevir.

Bu ümumi yanlış fikirdir. "Şəkər" konsentrasiya edilmiş enerji mənbəyidir. Bu, sadə tərəvəz şəkərləri, qlükoza və fruktoza daxil olan bütün üzvi maddələr qrupudur.

Aynurə Məmmədova