Xərçəng əlamətləri gecələr daha da şiddətlənir

  • 2023.06.19 19:58
  • 1632 Baxış
 Xərçəng əlamətləri gecələr    daha da şiddətlənir
Gecə şişlər sürətlə böyüyür və daha çox narahatlığa səbəb olur.

“Medicina” xəbər verir ki, həkim Deborah Linin sözlərinə görə, xərçəngin mümkün simptomu gecələr artan ağrıdır. Zədə ilə əlaqəli olmayan və gecələr pisləşən ağrı xərçəngin əlaməti ola bilər.


“Heç bir səbəb olmadan baş verən və yuxuya gedəndə güclənən ağrılarla həkimə müraciət etmək lazımdır. Xərçəng xəstələrinin 38 faizi yatmağa çalışarkən orta və ya şiddətli ağrı yaşayır.


Belə ağrı gecə baş verən şişlərin sürətli böyüməsi ilə təhrik edilə bilər. Bundan əlavə, xəstə uzanarkən ətrafdakı toxumalara şişin təzyiqi arta bilər. Çünki, üfüqi bir vəziyyətdə, şişin və ətraf toxumaların çəkisinin paylanması dəyişir, bu da ağrılara təhrik edə bilər.


Gecə saatlarında güclənən ağrılara xərçəngin digər əlamətləri də qoşula bilər:

• iştahsızlıq və kilo itkisi
• ümumi pozğunluq
• həddindən artıq yorğunluq, daimi halsızlıq
• ürəkbulanma
• hərarət

Aynurə Məmmədova