Xərçəng olmamaq üçün süd vəzilərini kəsdirdi – GENETİK SƏBƏB

  • 2020.02.06 09:43
  • 2710 Baxış
Xərçəng olmamaq üçün süd vəzilərini kəsdirdi –   GENETİK SƏBƏB
Genetik xəstəliklərinə görə analizlər verən qadın şəxs qəribə yola əl atıb.

Medicina.az xəbər verir ki, onun analizlərinin nəticəsində məlum olub ki, 85% xərçəngə yoluxma riski var. Buna görə də bu riski aradan qaldırmaq üçün əməliyyata girməli olub.

Emek Çelik Topaloğlu adlı şəxsin ailəsində 9 nəfər xərçəng xəstəliyinə tutulub. Buna görə o, xərçəngə yaxalanma riskini öyrənmək üçün analizlər verib. Daha sonra çətin bir qərar verib və ailəsinin digər üzvləri kimi xərçəng olmamaq üçündöşlərini,yumurtalıqlarını və uşaqlığını əməliyyatla götürüb.

O bildirib ki, anası döş xərçəngi, xalası yumurtalıq xərçəngi, 6 qohumu döş, yaxud da yumurtalıq xərçənginə tutularaq ölüb. Bacısı isə hələ də yumurtalıq xərçəngi ilə mübarizə aparır. Emek Çelik qərar verməkdə çətinlik çəkdiyini bildirib, lakin genetik faktorun qaçılmaz olduğunu anladığı üçün əməliyyata razı olub.