Xərçəng riskini 2 addımda sıfırlayın!

  • 2024.03.12 22:00
  • 609 Baxış
Xərçəng riskini 2 addımda sıfırlayın!
İnsan orqanizminə təsir göstərə bilən 200-dən çox müxtəlif xərçəng növü var, lakin ən çox yayılmışlardan biri bağırsaq xərçəngidir. Odur ki, bu xərçəngin simptomları və riski necə azaltmaq barədə məlumatlı olmaq vacibdir.

Böyük Britaniyanın Xərçəng Araşdırmaları Fonduna görə, kolorektal xərçəng olaraq da bilinən bağırsaq xərçəngi ən çox yayılmış növlərdən biridir. Son illərdə gənclər arasında yoğun bağırsaq və düz bağırsaq xərçəngi hallarının artması müşahidə olunur.

Mütəxəssislər deyirlər ki, bağırsaq xərçənginə nəyin səbəb olduğu tam olaraq bilinmir, lakin genetika, həyat tərzi və ətraf mühit faktorları buna səbəb ola bilər.

Onkoloq Ursina Taytelbaum deyir ki, bağırsaq xərçənginin erkən diaqnozu çətindir, çünki xəstələr həmin simptomlara məhəl qoymurlar. Onun sözlərinə görə, xüsusilə də gənc xəstələr nadir hallarda qeyri-adi simptomlarının səbəbinin xərçəng ola biləcəyini düşünürlər. Həkim, anormallıqları və ya xəbərdarlıq əlamətlərini insanların görməməzlikdən gəlməməyi üçün israr edir, çünki erkən diaqnoz həyat xilas edə bilər.

"Bağırsağınızdakı hər hansı dəyişikliyə diqqət yetirin. Əgər siz həmişə tualetə vaxtında getmisinizsə, lakin indi tez-tez qəbizlik hiss edirsinizsə və ya nəcisinizdə qan hiss edirsinizsə və qarın ağrısı varsa, həkimlə danışmaq lazımdır", - deyə Dr. Ursina Taytelbaum vurğulayıb.

Həkim, həmçinin qeyd edib ki, kolorektal xərçəng diaqnozu qoyulan hər üç nəfərdən birinin bu xərçəngdən əziyyət çəkən bir ailə üzvü var, ona görə də genetik olaraq risk altında olub-olmadığınızı öyrənmək çox mühümdür.

Dr. Ursina Taytelbaum xərçəngdən qorunmağın yollarını da açıqlayıb:

“İndi hamımız bilirik ki, sağlam qidalanmaq və idman etmək sağlamlığımızı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Ancaq bağırsaq xərçənginin çox vaxt pis həyat tərzi seçimləri ilə əlaqəli olduğunu yaxşı dərk edə bilmirik. Fiziki fəaliyyətin olmaması və siqaret çəkmə kimi faktorlar xərçəng riskini artırır. Bağırsaq xərçənginə daha çox kök insanlarda rast gəlinir. Bundan əlavə, emal edilmiş qida istehlakı bağırsaq xərçəngi riski ilə əlaqələndirilir.

Yüksək lifli pəhrizin bəzi xərçəng növlərinə tutulmaq riskini azaltdığı aşkar edilib. Lif bağırsağa "yaxşı" bakteriyalar əlavə edir və yoğun bağırsağın selikli qişasını qoruyur.

Kolon xərçəngi üçün mükəmməl proqnoz yoxdur, lakin sağlam həyat tərzi bundan qaçmağa kömək edə bilər”.

Bağırsaq xərçənginin əlamətləri:

- Qeyri-adi dərəcədə yumşaq nəcis, ishal və ya qəbizlik kimi dəyişikliklər

- Həmişəkindən daha çox və ya daha az tualetə getmək ehtiyacı

- Tualetdə qırmızı və ya qara rəngdə qan ləkələri görmək

- Tualetə təzə getmiş olsanız belə, yenidən getməyə ehtiyac hiss etmək

- Mədə ağrısı

- Qarında ağırlıq

- Şişkinlik

- Səbəbsiz kilo itkisi

- Səbəbsiz yorğunluq


Aysel