Xərçəng şişlərinə qarşı ən ucuz vasitələr - açıqlandı

  • 2022.10.11 14:41
  • 2182 Baxış
Xərçəng şişlərinə qarşı ən ucuz vasitələr   -   açıqlandı
Alimlər xərçəngə qarşı ən ucuz qidaları açıqlayıb.

"Medicina" xəbər verir ki, dietoloq Yuliyana Kuzneçova siyahıda birinci yerə dəniz yosunu və paxlalıları qoyub.

"Dəniz yosunu və spirulində olan maddə şiş hüceyrələrinin böyüməsinin qarşısını alır.

Ümumiyyətlə, bu ikisi yaponların gündəlik qidasıdır, ümumilikdə orqanizmi dəstəkləyir.

Orqanizmə xərçəngdən müdafiə üçün antioksidantlar lazımdır, onlar hüceyrələrin zədələnməsinin qarşısını alır.

Antioksidantlar üçün vacib deyil bahalı preparatları alasız. Ucuz qidalar əl altındadır.

Paxla, mərci, lobya, noxud, qırmızı və sarı rəngdə bütün meyvələr, yaşıl çay və spirulina. Mütləq gündəlik qidanızda olsun. Onlar bədəni kansetogenlərdən təmizləyir, antitelləri artırır".


Aygün Musayeva