Xərçəng xəstələri kovid vaksini vurdurmalıdır - Həkim

  • 2021.06.04 11:05
  • 1780 Baxış
Xərçəng xəstələri kovid vaksini vurdurmalıdır -  Həkim

Xərçəng xəstələri koronavirusa qarşı vaksin vurdurmalıdır.


Medicina.az –ın məlumatına görə, türkiyəli professor Mehmet Artaç bildirib ki, diaqnozu qoyulan xəstələr kimyaterapiyadan əvvəl vaksin vurdurmalıdırlar:

“Əgər mümkün deyilsə, həkimlə danışaraq peyvənini etdirməlidirlər. Peyvəndin qoruyuculuğu xüsusilə aktiv müalicə alanlarda normal insanlara görə daha aşağıdır. Buna baxmayaraq, qoruyucu olma ehtimalı 50 faizdən çoxdur. Mutant virus xərçəng xəstələri üçün xüsusilə təhlükəlidir. Xəstələr özlərini daha çox qorumalıdırlar. Sadəcə xəstəxanada deyil, evlərində də diqqətli olmalıdırlar”.