Xərçəng xəstələrinə Viagra veriməlidir – Səbəb

  • 2025.11.25 19:40
  • 80 Baxış
Xərçəng xəstələrinə Viagra veriməlidir  – Səbəb

Viagra kimyaterapiyanın təsirini artırır və şişin ölçüsünü azaldır.


“Medicina” xəbər verir ki, onkoloq Andrey Vorobyov bu həblərin yüksək dərəcədə davamlı olan şişləri neytrallaşdıra biləcəyini deyib.

Qida borusu xərçəngi qida borusunun istənilən yerində baş verir, udmada çətinlik və mədə pozğunluğuna səbəb olur.

Müalicə oluna bilsə də, sürətlə yayılan təbiətinə görə çətin ola bilər.

Alimlər bu yaxınlarda Viagrada olanlara bənzər dərmanların istifadəsinin xərçəng xəstələrində kimyaterapiyanı daha təsirli etdiyini aşkarlayıb.

Son tədqiqatlar göstərir ki, fosfodiesteraza tip 5 (PDE5) inhibitorları adlanan dərman sinfi, qida borusu xərçəngi xəstələrinin kimyaterapiyaya reaksiyasını potensial olaraq yaxşılaşdıra bilər.


"Görünür ki, dərman şişləri əhatə edən hüceyrələrin maneəsini aşaraq dərmanların onlara çatmasının qarşısını ala bilir. Qida borusu xərçəngi halların təxminən 80%-də müalicə olunmur.

Qida borusu şişlərinin kimyaterapiyaya davamlı təbiəti o deməkdir ki, bir çox xəstə onlar üçün uyğun olmayan intensiv kimyaterapiyadan keçir. Tədqiqatçılar müəyyən ediblər ki, kimyaterapiya PDE5 ilə birlikdə tək kimyaterapiyadan daha çox şiş ölçüsünü azaldır".

Tədqiqatçılar müalicəni şişləri olan siçanlarda sınaqdan keçiriblər və heç bir yan təsir aşkar etməyiblər.

Son 40 ildə qida borusu xərçənginin müalicəsindəki irəliləyişlər yalnız məhdud irəliləyiş göstərib, ona görə də biz bunu tədqiqatın prioriteti etdik.

Aygün Musayeva