Xərçəng xəstəliyinə görə lider ölkə açıqlandı

  • 2024.02.05 16:09
  • 880 Baxış
Xərçəng xəstəliyinə görə lider ölkə   açıqlandı

Xərçəng xəstəliyi üzrə ən acınacaqlı vəziyyət qəribə olsa da nə Amerika, nə Avropa deyil.

"Medicina" xəbər verir ki, beynəlxalq araşdırma qrupu Monqolustanı xərçəngndən ölümə görə siyahıda 1-ci yerə qoyub.

Bu ölkədə hər 5 xəstədən biri ölür. Ən çox yayılmış növlər qaraciyər və mədə xərçəngidir.


Ölkə rəsmiləri son 10 ildə ilbəil xəstələrin sayının artdığını bildirib.

Məsələn, ötən il 7000 insanda xərçəng aşkarlanıb, amma ölüm sayı 5000-ə çatıb.

Monqolustan mətbəxi qaxac, yağlı ət və acılı qidalarla zəngin olduğu üçün mədə xərçəngi artır.


Aygün Musayeva