Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng yaradan 5 qida – Hamı yeyir

  • 2024.03.18 18:09
  • 1825 Baxış
Xərçəng yaradan 5 qida  – Hamı yeyir
Onkoloji xəstəliklərin səbəblərinin 60%-nin müasir qidalar olduğu sübut edildi. Bəs əsas hansı qidalardan qaçmalıyıq?


“Medicina” xəbər verir ki, ilk öncə bir qidanın hətta zərərli olsa da çox yeyilməsinin məhz xərçəng əmələ gətirməsinin mümkün olmamasını bilmək lazımdır.


Xərçəng çox mürəkkəb prosesdir, genetika və digər faktorlar var. Amma xüsusi zərərli qidalar qrupu var ki, onları daim illərlə yemək bəzi orqanlarda xroniki iltihab yarada bilər.


Ət məhsulları, qırmızı ət, termiki işlənmiş, emal edilmiş ət məhsulları – kolbasa, sosis, bekon, hisə verilmiş və s.


Elmi sübut olunub ki, gündə 100 qram belə ət məhsullarını yemək mədə-bağırsaq, süd vəzi xərçəngi riskini 20% artırıb.

Deməli, hər gün 3 sosis, 100 qram kolbasa və ya qızarmış ət yeyənin xərçəng olma ehtimalı daha çoxdur.

Bu qidalarda olan natriy və maddlələr mədə xərçənginin səbəbi ola bilər.
Bu qidalardan ömürlük imtina etməliyik?


Qızıl məxrəci tapmaq lazımdır. Hər gün 50-100 qram kolbasa, qırmızı ət və kabab yemək təbii ki, olmaz.

Yox əgər sizin gündəlik rasionunuz faydalıdırsa, meyvə, tərəvəz yeyirsizsə, həftədə 1 dəfə bir iki dilim kolbasa ilə xərçəng əmələ gəlməz.

Eləcə də alkoqol, qazlı içkilər ağız, dil, boğaz, mədə, bağırsaq və qaraciyər xərçəngi riskini artırır.

Kiflənmiş istənilən qidalar aflatoksin mənbəyidir, aflatoksinlər qaraciyəri zədəəyir, kif göbələyi bütün orqanları zədələyir.

Hazır market qidalar,yarımfabrikatlar, hazır şorbalar, şirniyyat, çips, naggets də xərçəng yarada biləcək qidalar siyahısındadır.

Onlarda heç bir faydalı lif, vitamin, mineral yoxdur.


Aygün Musayeva