Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng yaradan bakteriya illərlə bədəndə sakit yaşayır

  • 2023.11.17 16:36
  • 2164 Baxış
Xərçəng yaradan bakteriya illərlə bədəndə  sakit yaşayır

Qarın və mədədə ağrılar zamanı USM və endoskopiya ilə yanaşı Helikobakteriya pylori bakteriyası da yoxlanmalıdır.


“Medicina” xəbər verir ki, həkim Aleksandra Razarenova məhz mədədə yuva salan bakteriyanın qastrit, xora və xərçəng yaratdığını açıqlayıb.

“Məhz bu bakteriya mədə xərçənginin əsas səbəbidir.

Helikobakteriya erkən uşaq yaşlarında ailə üzvləri və doğmalardan həzm yoluna düşür və bütün ömrü boyu orda qalır.

İllərlə insanın orqanizmində yaşayıb heç bir narahatlıq verməyə bilər

İmmunitet düşəndə, həzm pozuntusu və zərərli qidalanma zamanı bakteriya daha da aqressivləşir.
Məhz sağlam immun sistem onun aktivləşməsinə imkan vermir.


Daim qastrit, iltihab olan mədədə bakteriya xüsusi maddə sintez edir.

İnsan vaxtında müalicə almadıqda selikli qişanın hüceyrə səviyyəsində pozulması baş verir.
Ona görə xüsusi testlərdən keçib, bu bakteriyanın olub-olmamasını aşkar etmək lazımdır.

Kimlərdə ola bilər:

- Tez-tez mədə ağrısı çəkənlər
- Yeməkdən sonra ağırlıq hiss edənlər
- Ürəkbulanma, göynəməsi olanlar
- Endoskopiyada qastrit aşkar edilənlər

Aygün Musayeva