Xərçəngdən ölən prezidentlər - SİYAHI

  • 2017.11.01 22:00
  • 17292 Baxış
Xərçəngdən ölən prezidentlər -  SİYAHI

21-ci əsrin baş bəlası olan xərçəng hətta prezidentlərdən də yan keçmir. Son illər bu xəstəlikdən ölən dövlət başçılarının siyahısı artır ki, azalmır. 




Medicina.az onların bəziləri haqqında məlumatları bir yerə toplayıb:




-Kiprin eks-prezidenti Tassos Papadopulos 2008-ci ildə 74 yaşında  xərçəngdən vəfat edib. 




-Sloveniyanın prezidenti Yanez Drnovşek 2008-ci ildə böyrək xərçəngindən vəfat edib.




-Qabon prezidenti Omar Bonqo 2009-cu ildə 73 yaşında bağırsaq xərçəngindən ölüb.




-Argentina prezidenti Raul Alfonsin 2009-cu ildə 83 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib.




-Suriyanın eks prezidenti Amin Hafes 89 yaşında xərçəng səbəbindən dünya ilə vidalaşıb.




-Litvanın birinci prezidenti Alqirdas Brazauskas 2010-cu ildə limfatik xərçəngdən ölüb.




-Qondurasın eks-prezidenti general Osvaldo 88 yaşında prostat xərçəngindən vəfat edib.




-Abxaziya prezidenti Sergey Baqapş da 2011-ci ildə  ağciyər xərçəngindən dünyasını dəyişib.




-Çexiyanın birinci prezidenti Vaçlav Qavel 2011-ci ildə ağciyər xərçəngindən ölüb.




-Əlcəzairin eks prezidenti Şadli Bencedid 2012-ci ildə ağciyər xərçəngindən keçinib.




-Qananın prezidenti Evans Atta Mils qırtlaq xərçəngindən 2012-ci ildə vəfat edib.




-Venesuela prezidenti Uqo Çaves 2013-cü ildə sarcoma şişindən ölüb.




Hazırda xərçəng xəstəsi olan prezidentlər:




-Kolumbiya prezidenti Xuan Santos prostat xərçəngindən əziyyət çəkir.




-Misirin eks-prezidenti Hüsnü Mübarək onkoloji xəstədir.




-Braziliyanın eks-prezidenti Luis Silva udlaq xərçəngidir.




-Qazaxıstan prezidenti Nursultan Nazarbayev də 10 ildir ki, onkoloji xəstəlikdən Avropada müalicə alır.