Xərçəngdən müalicə alan Simonyanın pariksiz fotosu

  • 2026.01.26 18:33
  • 215 Baxış
Xərçəngdən müalicə alan   Simonyanın pariksiz fotosu


“Russia Today” və “Rossiya Segodnya” media qrupunun baş redaktoru Marqarita Simonyan kimyaterapiya müalicəsindən sonra ilk dəfə sosial mediada pariksiz şəklini yayımlayıb və öz vəziyyəti barədə açıqlama verib.


Medicina.az Bakupost.az-a istinadən xəbər verir ki, Simonyan fotosuna şərh yazanlara müraciət edib: “Heç nədən qorxmayın. Tanrı var, ölüm yoxdur”.

O, xərçənglə mübarizəsi barədə ilk dəfə 2025-ci ilin sentyabrında açıqlama vermişdi. O zaman Simonyan ağır xəstəliyə düşar olması və yaxın gələcəkdə əməliyyat barədə danışmışdı. Daha sonra onkoloji müalicə – xüsusən sinə nahiyəsində əməliyyat və kimyaterapiya kursu keçdiyini təsdiqləmişdi.

Simonyanın bu paylaşımı ictimaiyyət arasında geniş reaksiyaya səbəb olub.
Simonyanın həyatında son illər ciddi dəyişikliklər yaşanıb: 2025-ci ilin sentyabrında onun həyat yoldaşı, rejissor və televiziya aparıcısı Tigran Kеosayan uzun komadan sonra vəfat edib. Bu zərbədən sonra Simonyan özü də xəstəliklə mübarizəyə başladı və bu prosesdə ictimaiyyətə açıq olmağı seçdi.

Hazırda Simonyan oz vəziyyətini sosial mediada müzakirəyə çıxarır, müalicəsinin gedişatı, simptomlar və reabilitasiya barədə dəfələrlə açıqlama verir.

MEDİCİNA.AZ