Xərçəngdən qorunmağın yolu oruc tutmaqdan keçir

  • 2024.03.28 09:15
  • 426 Baxış
Xərçəngdən qorunmağın yolu oruc tutmaqdan keçir
Türkiyəli doktor Özkan Akyol oruc tutmağın faydalarından bəhs edib.

Medicina.az xəbər verir ki, həkim oruc tutmağın immun sistemini yaxşılaşdırdığını, orqanizmdəki toksinləri aradan qaldırdığını, iltihabı azaltdığını, hətta xərçəng hüceyrələrinin yayılmasını ləngitdiyini açıqlayıb.

Özkan Akyol orucun faydalarını belə sıralayıb:

- Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğu elmi şəkildə sübuta yetirilib. Oruc tutmaq bir tərəfdən həzm sisteminə, digər tərəfdən insan psixologiyasına faydalıdır.

- Bədəndə toplanmış yağlar oruc zamanı parçalanır. Beləliklə, sağlam arıqlama baş verir.

- Elmi araşdırmalar orucla insulin arasındakı əlaqəni üzə çıxarıb. Sübut edilib ki, oruc tutarkən hüceyrələr daha çox qlükoza qəbulu ilə bağlı siqnal göndərir və beləliklə, insulin səviyyəsi normallaşır.

- Orucun həzm sisteminə də faydası var. Həzm sistemi dincəlir, metabolik sağlamlıq əldə edilir. Oruc bağırsaqların normal fəaliyyətinə kömək edir.

- Oruc orqanizmi yeniləyir, ömrü uzadır.

- Parkinson və Alzheimer kimi xəstəliklərdən qorunmaq üçün oruc əvəz olunmazdır.

- Oruc tutmaq immun sistemini gücləndirir, xəstəliklərdən qorunmağa kömək edir. Hətta bəzi xəstəliklərin müalicəsini sürətləndirmək üçün də az yemək mühümdür.

- Oruc zamanı qaraciyər və böyrəklərdəki toksinlər təmizlənir.


Aysel