Xərçəngdən qorunmaq üçün bunu yeyin

  • 25 May 2022 12:08
  • 1284 Baxış
Xərçəngdən qorunmaq üçün bunu yeyin

Xərçəngdən sığortalanmaq üçün hər gün rasiona qırmızı turp əlavə edin.

Bakupost.az xəbər verir ki, bu barədə diyetoloq həkim Qinzburq deyib.


Bu sadə, ucuz tərəvəzin kökündə elə bir maddə var ki, orqanizmi müxtəlif onkoloji proseslərdən, hətta irsi genetik xərçəngin aktivləşməsindən qoruyur.


“Əgər turpu sürtgəcdən keçirsəniz və yaxşıca saqqız kimi çeynəsəniz, tərkibindəki o birləşmə aktivləşir, ağız suyu ilə limfa və qan dövranına keçir, orqanizmdə iltihabı azaldır, damar uzanmasının qarşısını alır, yeni törəmələrin və metastazların yaranmasını əngəlləyir.

Onda olan efir yağları bronxit, virus infeksiyası, qripə qarşı da təsirlidir.

Qırmızı turpu harda görsəniz alın və hər gün yeyin. Amma dediyim qaydada...”


Aygün Musayeva
BakuPost